Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ərzaq istehlakı bazarında inhisarlaşma nələr vəd edir?



Bu ilin il 4 ayında bu bazarda satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 5,5 milyard manat olub ki, onun da 80 faizə qədəri bir neçə şirkətin payına düşür.

Hesablamalar göstərir ki, "Bravo", "Araz" və "Bazar Store" şirkətlərinin aylıq mənfəətləri 100 milyonlarla manata çatır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2018-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 10,9 milyard manata bərabər olmuşdur. Ticarət dövriyyəsinin 5,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmişdir.

Cebhe.info xəbər verir ki, DSK-nın məlumatına münasibət bildirən iqtisadçı-alim Qubad İbadoğlu deyib ki, göründüyü kimi istehlak bazarında ümumi dövriyyənin yarısından çoxu ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşür:

“Onların da pərakəndə satışı əsasən bir neçə şirkətin inhisarına keçir. Hazırda bazarda hökmran mövqeyini genişləndirən "Bravo", "Araz" və "Bazar Store" şirkətləridir. Onlar arasından oliqopol əməkdaşlıq bazarın bu seqmentində əvvəllər fəaliyyət göstərmiş supermarketlərin bəzilərinin birləşməsinə, digərlərinin də sıradan çıxmasına gətirib çıxarıb. (Oliqopoliya — bazarın elə bir növüdür ki, bu cür bazarlarda sadəcə bir neçə dominant (üstün) firma fəaliyyət göstərir. - red.) Müşahidələr göstərir ki, ərzaq, içki, tütün və qeyri-ərzaq məhsullarının satışında inhisarlaşma meyli topdansatış şirkətlərinin fəaliyyətinə də təsir göstərməkdir. Belə ki, hazırda topdansatış şirkətləri adı yuxarıda çəkilən pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşüb”.

İqtisadçı onu da əlavə edib ki, pərakəndə satış şirkətləri arasında razılaşma yalnız satış qiymətini deyil, həmçinin alış qiymətini əhatə edir:

“Odur ki, oliqopol pərakəndə satış şirkətlərindən asılı vəziyyətə düşən topdansatış şirkətləri gətirdikləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarını daha ucuz qiymətə onlara satmaq məcburiyyətində qalırlar. Beləliklə də xərclərini azaldan oliqopol pərakəndə şirkətlər alış və satış qiymətləri arasındakı fərqi böyütməklə daha çox mənfəət qazanırlar. Hesablamalar göstərir ki, hətta 10 faizlik marja ilə onların aylıq mənfəəti 100 milyonlarla manatı üstələyir.

Getdikcə satış dövriyyəsini daha da genişləndirərək ərzaq məhsulları, içkilər və tütün məmulatlarını bazarını ekspansiya edən Bravo, Araz və Bazar Store pərakəndə satış müəssisələrinin bu gedişlə rəqiblərini tez bir zamanda sıradan çıxarıb, satış qiymətlərini istədikləri kimi diktə edəcəyi şübhə doğurmur”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений