Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ətdən yumurtaya: BAHALAŞIB



Bir müddətdir ki, kənd təsərüffatı məhsullarının qiymətində bahalaşma müşahidə olunur. Belə ki, yay mövsümü  başlayandan bir sıra məhsullarının da qiymətində artım var. 

Bu barədə Cebhe.info-ya şəhər sakinləri məlumat verib. Şikayətçi İlhamə Kərimova deyir ki, bahalaşma kənd təsərrüfatı məhsullarının bütün sahələrində nəzərə çarpmaqdadır. Əsasən yay mövsümünə aid məhsulların qiymətinin bahalaşdığını vurğulayan şikayətçi bildirir ki, qiymət artımından sonra aldığı əmək haqqı normal bazarlıq etməyə çatmır: 

"Qiymətlər günü-gündən bahalaşır. Bir həftə bundan əvvəl 10 qəpik olan kənd yumurtası indi 25 qəpikdən satılır. 4 manata olan pendir 6 manat 50 qəpiyə, 5 manata satıalan kənd çolpası isə 8 manatdan təklif olunmağa başlayıb. Yay hələ təzə girib və qiymətlər bu cür bahalaşıbsa demək ki, bu artım davam edəcək".

Kənd təsərrüfatı məhsullarının bazarlarda müxtəlif qiymətlərə satıldığını deyən Miranə Nəcəfova isə əsasən ət və süd məhsullarının bahalaşdığını deyir. Onun sözlərinə görə, ət məhsulları bir yerdə 11 manata satıldıöı halda, başqa yerdə 13 manata satılır: 

"Xırdalanda yaşayıram. Burada 1 kiloqram qoyun əti 11 manat 90 qəpikdirsə, bir sıra marketlərdə bu qiymət 13 manat 90 qəpiyə satılır. Kİmin keyfi necə istəyir, o qiymətə də satır. Bunu tənzimləyən, insanları düşünən yoxdur. Sadə insanları da nəzərə almaq lazımdır. Artıq bir aydır ki, mən evə ət alıb apara bilmirəm. Bizi də düşünüb qiymətlərə baxan olsa yaxşı olar".

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений