Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Etibar Məmmədovun partiyası seçki qərarını açıqladı: "Pulumuz da yoxdur" 



Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib. 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın iştirak məsələsi iclasın müzakirəsinə çıxarılıb.

Cebhe.info xəbər verir ki, AMİP-də seçkilərdə iştirak etməmək qərarı verib.

“Geniş və hərtərəfli müzakirələrdən sonra AMİP Siyasi Şurası 11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində partiyanın iştirakını məqsəduyğun saymayıb. Belə ki, hazırkı qeyri-bərabər rəqabət mühiti, seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması və partiyanın maliyyə resuruslarının məhdudluğu AMİP-in prezident seçkilərində iştirakına imkan vermr.

AMİP Siyasi Şurası hesab edir ki, ölkədə seçkilərə münasibətin müsbət istiqamətə dəyişməsi və demokratik mübarizə şəraitinin yaradılması Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirə bilər. AMİP bu məsələlərlə əlaqədar ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla müzakirələr aparmağa və əməkdaşlığa hazır olduğunu bəyan edir”-deyə AMİP-in bəyanatında qeyd olunub. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений