Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Etibar Pirverdiyevə cinayət işi açıla bilər? - HÜQUQİ TƏRƏF



Prezidentin tapşırığı ilə ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar qəzanın səbəbinin araşdırılması ciddi nəzarətə götürülüb. Artıq Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza ilə bağlı cinayət işi qaldırılıb. 

Qeyd edək ki, ötən gün ölkə başçısının ölkənin enerji təminatındakı vəziyyəti ilə əlaqədar keçirdiyi müşavirədə baş prokuror Zakir Qaralov və fövqaladə hallar naziri Kəmaləddin Heydərov "Azərenerji" rəhbəri Etibar Pirverdiyevi sərt şəkildə ittiham ediblər. Səsləndirilən ittihamlar çox geniş və konkret faktlardan ibarət olub. Qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işlərinin aparılmadığı vurğulanıb. 

Maraqlıdır, Etibar Pirverdiyevə cinayət işi açıla bilərmi? 

Hüquqşünas Xalid Bağırov Cebhe.info-ya açıqlamasında deyib ki, ilk növbədə belə hadisələr baş verəndə fakt üzrə cinayət işi qaldırılır: 

“Fakt araşdırılır və günahkarlar müəyyənləşəndən sonra həmin şəxslər ittiham olunur. Cinayət işi konkret şəxs barəsində çox nadir hallarda qaldırılır. Bu da o hallarda baş verə bilər ki, cinayət yerində aşkar olur. Amma adətən fakt üzrə cinayət işi açılır və təqsirkarlar günahlandırılır”. 

Xalid Bağırovun sözlərinə görə, hüquq belə tələb edir: 

“Amma siyasi baxışıma əsaslanaraq deyə bilərəm ki, bu məsələdə təkcə Etibar Pirverdiyev deyil, hakimiyyət təqsirkardır. Amma hüquq təbii ki, konkret bir məsələni ehtiva edir”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений