Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Evdən oğurluq edən şəxs saxlanıldı



Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayında rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

​DİN mətbuat xidmətindən  verilən məlumata görə, araşdırmalarla onun Xaçmaz şəhər sakini Vüsal Ağammədov olması müəyyən edilib.

Dindirilmə zamanı V.Ağammədov törətdikləri cinayət əməlini etiraf edib, fevralın ayının 6-da gecə saatlarında zərərçəkənin evinə gizli yolla qirərək oradan 4000 manat dəyərində olan qızıl-zinət əşyaları və bir ədəd mobil telefon götürdüyünü,  oğurladığı qızıl-zinət əşyalarını dəyərindən ucuz qiymətə satdığını bildirib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений