Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirdi



Sumqayıt şəhərində evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə şəhərin 16-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər 16-cı mikrorayonda evə girən naməlum şəxs mənzildə tək olan 2001-ci il təvəllüdlü Nemətov Rəşad Gülməmməd oğlunu görüb və ona xəsarətlər yetirib. Qaçmağa macal tapan oğrunu saxlamağa cəhd edən 17 yaşlı gəncin pencərənin sınması nəticəsində baş və qol nahiyələri şüşə ilə kəsilib.

Yaralı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений