Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Facebook-da daha bir qalmaqal: İstifadəçilərin çılpaq fotosunu istəyir



Facebook ətrafında qalmaqallar səngimək bilmir.

Dünyanın ən məşhur sosial şəbəkəsi bu dəfə istifadəçilərdən çılpaq fotolarını istəməklə gündəmə gəlib.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, belə bir hadisə İngiltərədə, ABŞ-da və Kanadada yaşanıb. Yerli mətbuatın yazdığına görə, bu, hansısa haker qruplaşmasının şantaj məqsədilə istifadə etdiyi üsuldur. Ancaq Facebook-un bu məsələ ilə bağlı mövqeyini açıqlamaması qaranlıq məqamlardan xəbər verir. 

Çılpaq fotoları istəyən şəbəkə bunu həmin şəxs haqqında yayılma ehtimalı olan pornovideoların silinməsi ilə əlaqələndirir. 

Həmçinin həmin fotoların yalnız 5 yetkili tərəfindən izlənəcəyi iddia edilir. 

Qeyd edək ki, ekspertlər bu cür üsullarla videoların silinməsinin mümkünsüz olduğunu deyir. Xarici medianın iddialarına görə, Facebook yaxın günlərdə bununla bağlı rəsmi açıqlama yayacaq. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений