Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Facebook-da təhlükəli elanlar: Xəstəlik mənbəyidir



Bu gün Azərbaycanda sosial şəbəkələrə nəzarət həyata keçirilmədiyi üçün burada insan sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilən informasiyalar görmək mümkündür. 

Bu gün evdə, antisanitar şəraitdə hacamatla məşğul olanlar insanların səhhəti üçün əsl təhlükə mənbəyidir. Sosial şəbəkələrdə bu yolla qazanc əldə edənlərin də sayı artır. Facebook-da qoyulan bir elana nəzər yetirək:

“Zəli hər 10 gündən bir 10, 8, 6 ədəd qoyula bilər. Bu insanın qan tərkibindən, qan təzyiqindən və ümumi vəziyyətindən asılı olaraq, təyin olunur. Xəstəlikdən asılı olaraq, 30, 50, 80 zəli istifadə olunmalıdır. Bəzi hallar istisnalıq təşkil edir, məsələn, ayağında irinli iltihab olan bir xəstəyə mən 150 ədəd zəli təyin etdim və yalnız bundan sonra sağalma başladı”. 

Yaxud: “Sabah hacamat günüdür. Xəstəmizin təcili işi çıxdığına görə sabahkı günüm boş oldu. Kim hacamat istəsə, sabah səhər boşam, xanımlar”

Çərtmə yolu ilə qan alaraq, insanların bütün xəstəliklərini müalicə edəcəklərinə söz verən bu cür şəxslər sözsüz ki, sanitar normalara da cavab vermir. Bu isə ölkədə Hepatit B, Hepatit C, QİÇS kimi yoluxucu xəstəliklərin sayının artmasına səbəb ola bilər. 

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений