Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Faiq Ağayev yol hərəkətini pozan sürücünü belə ifşa etdi



Sosial şəbəkədə hər zaman aktiv olan xalq artisti Faiq Ağayev yenə ənənəsinə sadiq qalıb.

Cebhe.info xəbər verir ki, müğənni bu dəfə “Facebook” səhifəsində Bakıda yol hərəkəti qaydasını pozan şəxsi ifşa edib.

O, 99-KH-853 dövlət nömrə nişanlı Toyota Land Cruiser Prado markalı avtomobilin şəkillərini paylaşaraq, iradlarını yazıb:

“Paytaxtın Yasamal rayonu, H.Cavid prospekti ilə H.Məcidov (keçmiş B.Bağırova) küçəsinin kəsişməsində qanunları saymayan, parketmə qaydalarını kobud şəkildə pozan, piyadaların sərbəst hərəkət etməsini ciddi əngəlləyən, yalnız öz rahatlığını düşünən bir ədəd azərbaycanlı...”

İfaçı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova səslənərək həmin sürücünün barədəsində ölçü götürülməsini istəyib.

Sözügedən paylaşımı oxucularımıza təqdim edirik:

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений