Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fed-in iclasından nə gözlənilir?



Bu həftə (20-21 Martda) yeni sədr Jerome Pauell-ın sədrliyi ilə ABŞ Mərkəzi Bankının (Fed) pul siyasəti iclası keçiriləcəkdir.

"Marja" xəbər verir ki, Fed-in yeni sədrini bu həftə gözləyən çətinlik, Fed-in növbəti addımının nə olacağına qərar verilməsidir.

Federal Açıq Bazar Komitəsinin (FOMC) qarşısındakı variantlar, bir əvvəlki sədr Janet Yellenin mərhələli faiz strategiyasına bağlı qalmaq və ya faiz artımlarının sürətlənəcəyinə işarə edərək bu strategiyadan uzaqlaşmaqdır.

İCLASDAN NƏ GÖZLƏNİR?

Pauell və digər Fed rəsmilərinin Çərşənbə axşamı və Çərşənbə günü keçirəcəkləri iclasda faiz artıracaqlarına qəti gözlə baxılır. Faiz qərarından yarım saat sonra, Pauell, açıqlamalar verəcək və jurnalistlərin suallarını cavablandıracaqdır.

Fed-in pul siyasətini müəyyən edən Federal Açıq Bazar Komitəsinin (FOMC) Dekabr ayındakı proqnozuna görə, 2018-ci ildə faizin 3 dəfə artırılması nəzərdə tutulur. Goldman və UBS kimi Wall Street şirkətləri isə  proqnozların bu həftə 4-ə yüksələcəyini gözləyir. Yenə də, FOMC rəsmiləri arasında gərginlik mövcuddur. FOMC-a hazırda ən çox çətinlik yaradan faktor maliyyə sabitliyi riskidir.

İQTİSADÇILARIN FİKİRLƏRİ

"Berenberg Capital Markets LLC"nin Amerika qitəsi üzrə baş itisadçısı Mickey Levy bildirib ki, Pauell, inflyasiya 2%-ə çatana qədər Yellenə çox oxşar görünəcəkdir.

ABŞ İqtisadiyyatının sürətləndiyi aşkardır. Bir çox Fed rəsmiləri bildiriblər ki, Fed faiz artırmaqda gecikir. İqtisadiyyat həddindən artıq "qızarsa" və inflyasiya hədəfdən çox yüksələrsə Fed-in faiz endirməyə daha çox yeri olmaya bilər.

UBS-dən Robert Martin, Mart ayı toplantısının Pauell üçün "dartılmış bir kəndirə" bənzədiyi şəklində fikir bildirib.Onun sözlərinə görə, 2018-ci ildə faizin 4 dəfə artırılması məqsədəuyğundur.

Pauell isə 1 Martda Senatın Bankçılıq Komitəsinə çıxışında, "İqtisadiyyatın bu an həddindən artıq qızdığına dair dəlil yoxdur" demişdi. Bu açıqlama, Yellenin mərhələli faiz artırmaq mövqeyinə uyğun idi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений