Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fed-in qərarı Dolları bahalaşdırmadı - BU GÜN GÖZLƏR AVROPADADIR



Dünən axşam ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasından sonra Dollar bahalaşmaq əvəzinə ucuzlaşdı. Bu gün Avro/dollar məzənnəsi yenidən 1.18 səviyyəsini keçib (Saat 07:50-də 1 avro 1.1802 dollara bərabər olub. Fedin qərarından öncə məzənnə 1.17 səviyyələrində idi. Avro bahalaşıb, Dollar ucuzlaşır).

Dollar indeksi 0,06% düşərək 93.49 səviyyəsinə geriləyib.

Mütəxəssislər bildirirlər ki, Fed-in proqnozlarında bir dəyişiklik yoxdur. Uzunmüddətli inflyasiya, məşğulluq və artım proqnozları eynidir. Yeni olan, bu il faizin 3 dəfə deyil, 4 dəfə artırılacağının gözlənilməsidir. Bu ehtimal da öncədən qiymətlərdə əks olunmuşdu.

Məzənnələrdə əsl hərəkətin, bu gün faiz qərarını açıqlayacaq Avropa Mərkəzi Bankının (AMB) nə deyəcəyindən asılı olacaqdır.
​Bu gün Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankı (AMB) faiz qərarını açıqlayacaqdır. AMB-nin uçot dərəcəsini 0,00%-də, depozit faizini -0,40%-də və marjinal borclanma faizini də 0,25%-də saxlayacağı gözlənilir. Əsas məsələ AMB-nin istiqraz alışı barədə qərarıdır. Əgər istiqraz alışının başa çatdırılacağına işarə edilərsə, bu, Avronun daha da bahalaşmasına təkan verə bilər.

Bakı vaxtı ilə saat 16:30-da AMB sədri Mario Draghi mətbuat konfransı keçirəcəkdir. Bazar maraqla Draghinin nə deyəcəyini gözləyir. 

AMB-nin faiz artırmağa nə vaxtdan başlayacağı da önəmlidir. AMB-nin 2019-cu ildən başlayaraq faizləri də artırmağa başlayacağı gözlənilir.

Avropa Mərkəzi Bankının nümayəndəsinin ötən həftə verdiyi açıqlamaya görə, Bank istiqraz alışı proqramından çıxış üçün hazırdır. İstiqraz alışı proqramının başa çatdırılması pul siyasətinin sərtləşdirilməsi deməkdir.

Xəbər verdiyimiz kimi, dünən ABŞ Mərkəzi Bankı (Fed) pul siyasəti faizi olan federal maliyyələşdirmə faizini gözləndiyi kimi 1.50-1.75 faiz aralığından 1.75-2.00 faiz aralığına qaldırıb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений