Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Federasiya rəhbəri rinqdə öldü - VİDEO



Dünya Bodibildinq Federasiyasının rəhbəri Pradip Subramanyan Sinqapurda məşhurlar arasında keçirilən çempionat çərçivəsində qarşılaşmadan sonra ölüb.

Report xəbər verir ki, döyüş şənbə günü, sentyabrın 23-də baş tutub.

Pradip qarşılaşma zamanı başından bir neçə güclü zərbə alıb və hansısa məqamda şok vəziyyətinə düşüb. Bu səbəbdən hakim görüşü dayandırıb və Subramanyanın 41 yaşlı rəqibi, məşhur asiyalı bloqqer Stiven Limaya texniki nokautla qələbə verib.

32 yaşlı bodibilder isə xəstəxanaya aparılıb və təqribən axşam saat doqquz radələrində dünyasını dəyişib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений