Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fermaya hücum edən canavarlar 37 qoyunu parçaladı



Qaxda canavarlar fermaya hücum edərək, sahibkara məxsus xeyli sayda xırdabuynuzlu heyvanı parçalayıb.

APA xəbər verir ki, rayonun Şotavar kəndində sürü halında olan canavarlar gecə saatlarında Bayram Salavat oğlu Nadirova məxsus qoyunların saxlandığı dama hücum edib. Yırtıcılar 60 baş qoyundan 26-nı öldürüb, 14-nü yaralayıb.

Hadisə ilə bağlı Qax rayon Baytarlıq İdarəsinə xəbər edilib. İdarənin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər, ərazidə dezinfeksiya işləri aparılıb.

Canavarların parçaladığı 14 qoyundan 11-i ölən heyvanlarla birlikdə quyuda basdırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений