hava haqqinda Bakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9270
  • NEFT - $ 66.97
  • clouds-weather

FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyədə keçiriləcək

FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyədə keçiriləcək

 FİFA-nın növbəti İcraedici Futbol Sammiti Türkiyənin İstanbul şəhərində keçiriləcək. 

"Report" "Yeni Şafak"a istinadən xəbər verir ki, toplantı fevralın 13-dən 15-dək 47 milli federasiyanın başçılarının iştirakı ilə start götürəcək. İclasda FIFA yarışları və videotəkrar sistemi (VAR) başda olmaqla əsas gündəm maddələri müzakirə olunacaq. 

FIFA-nın 2018-2019 mövsümü üçün İcraedici Futbol Sammiti dekabrın 11-13-də Qətərin paytaxtı Dohada, yanvarın 15-17-də Mərakeşdə baş tutub. Növbəti iki sammit isə fevralın 13-15-də İstanbulda, fevralın 24-28-də isə İtaliyanın paytaxtı Romada olacaq. 

İclasdan sonra qurumun prezidenti Canni İnfantino fevralın 15-də mətbuat konfransı təşkil edəcək. 

Qeyd edək ki, FIFA-nın İcraedici Futbol Sammiti 2017-ci ilin noyabrında Bakıda keçirilib. 

Cebhe.info


Oxunma sayı: 175