Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Film həzzi yaşamaq üçün: Bakıda nə qədər pul lazImdır? - SORĞU



Azərbaycanda kinonun əsası 1898-ci ildə qoyulub.

1992-ci ildən isə Azərbaycan kino sənayesi özünün böhran dövrünü yaşadı. Paytaxt kinoteatrları, əyalətlərdəki kinoklublar ömrünü bizlərə bağışladı. Ardınca da kinoteatrlarda müxtəlif iaşə obyektləri və çayxanalar fəaliyyət göstərməyə başladı. Bu durğunluğun ardınca, yəni, təxminən 10 ildən artıq vaxt keçdikdən sonra film çəkilişlərindən ötrü yenidən dövlət büdcəsindən maliyyə ayrıldı. Bu da, hətta, kino industriyasına təkan verməklə yanaşı, həmçinin kommersiya filmlərinin inkişafında da müstəsna rol oynadı. Sonra da vaxtilə qıfılı paslanmış, kandarı çürümüş kinoteatrlarımızın üzünə gün doğdu. Öncə “Azərbaycan” kinoteatrı fəaliyyətini bərpa etdi. Ardınca isə “Park Cinema”, “CinemaPlus” fəaliyyətə başladı. Hər iki kinoteatr artıq şəbəkə kimi fəaliyyətdədir. Məsələn, “CinemaPlus”un Gəncədə filial var. Həmçinin, keçmiş “Nizami” kinotetarı, “Nizami” Kino Mərkəzi adı ilə fəaliyyətini bərpa etdi. Bütün bunlar çox gözəl haldır. Amma bir nüans var ki, yaşlılardan fərqli olaraq, daha çox kinoya getməyə üstünlük verən gənclər biletlərin bahalığını və vaxt azlığını bəhanə edir.

Gəlin görək, həqiqətənmi kinoteatrlarda biletlərin qiyməti bahadır? 

Cebhe.info bir neçə kinoteatrında satılan bilet qiymətlərini təqdim edir: 

Onu da deyək ki, kinoteatrda nümayişlərin qiyməti gündüz və axşam saatlarına, həftə içi və istirahət günlərinə nisbətdə fərqli olur.

Tamaşaçıların ən çox üz tutduğu kinoteatrlarından olan "Park Cinema”da bir filmə biletin qiyməti gündüz seanslarında  3-4 AZN, axşam seanslarında isə  6.50-15 AZN-dir.

“Nizami” Kino Mərkəzində də bu qiymət gündüz saatlarında olduğu kimi, gecə seanslarında 7 AZN təşkil edir.

Bəli, göründüyü kimi afişalara baxsaq görərik ki, həvəsimiz və pulumuz olsa, nə vaxt, nə də madiyyat kinoya getməyimizə mane olar.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений