hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Formula yarışlarının dividentləri barədə izahat verilməlidir - MÖVQE

Formula yarışlarının dividentləri barədə izahat verilməlidir - MÖVQE

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında yeni müqavilə imzalanıb və yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. 

Bununla bağlı “Bakı Şəhər Halqası”nın icraçı direktoru Arif Rəhimov bildirib ki, “Formula 1” Qran Prisinin Azərbaycanda keçirilməsi ilə bağlı müqavilənin müddətinin 3 il daha uzadılması çox sevindiricidir: 

“2014-cü ildə “Formula 1” Qran Prisinin Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlara başladıq. 2016-cı ildə biz bu müqaviləni imzalayanda bilmirdik nəyə imza atmışıq, bu, uğurlu olacaq, ya yox. Amma zamanla gördük ki, bu müqavilə Azərbaycana uğur gətirdi”. 

“Formula-1" Qrupunun baş icraçı direktoru Çeyz Keri isə vaxtın uzadılması ilə bağlı bu sözləri deyib: “Ona görə hesab edirəm ki, bu vaxt çərçivəsi çox yaxşı qərardır. Biz zamanla buna yenidən baxa bilərik, əgər ehtiyac yaranarsa, yenidən artırıla bilər”. 

Cebhe.info xəbər verir ki, iqtisadçı-eskpert Qədir İbrahimli dövlət büdcəsi hesabına həyata keçirilən layihələrlə bağlı hesabatlılığın olmasını vacib hesab edib. Bildirib ki, şəhid ailələrinə dövlət 128 milyon manat ayırıb. Yaxın 5 ildə hər il bu məbləğə yaxın vəsait (60 milyon dollar və ya 102 milyon manat) kimlərinsə biznesinin genişləndirilməsinə xərclənəcək. Bu isə 5 ildə 510 milyon manat deməkdir. 

Ekspert qeyd edib ki, parlament oyunların təşkilatçısı olan nazirdən hesabat, Formula yarışlarının Azərbaycana hansı maddi və siyasi dividentlər gətirəcəyi ilə bağlı izahat tələb etməlidir. 

Q. İbrahimlinin fikrincə, hamının gözü qarşısında dövlətin milyonları şəxsi biznesə yatırılır. 

Cebhe.info


Oxunma sayı: 514