Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

FSB ekstremist şəbəkəni ifşa etdiyini bildirir



Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) İslam Dövləti (İŞİD) yaraqlı qruplaşmasının idarə etdiyi ekstremist şəbəkəni ifşa etdiyini bildirir. Şəbəkənin Yeni İl bayramı və gələn il prezident kampaniyası zamanı Moskvada terror hücumları planlaşdırdığı qeyd olunur.

FSB dekabrın 12-də yaydığı bəyanatda bildirib ki, şəbəkənin şübhəli üzvləri paytaxt kənarındakı Odintsovo vilayətində saxlanıblar.

Şübhəlilərin Orta Asiyadan olduğu, terrorçu fəaliyyəti maliyyələşdirdikləri, İŞİD üçün üzv topladıqları, terror hücumları planlaşdırdıqları bildirilir. Bəyanatda vurğulanır k, şəbəkə xaricdən “İŞİD liderləri” tərəfindən idarə olunubmuş.

Bəyanata görə, FSB zabitləri iki əldəqayırma partlayıcı qurğu, iki AK-47 avtomatı, sursat müsadirə edib, bomba düzəldilən laboratoriyanı tapıb məhv ediblər.

FSB direktoru Aleksandr Bortnikov bu bəyanatdan öncə Rusiyanın Milli Antiterror Komitəsinin iclasında deyib ki, həbslər dekabrın 11-də aparılıb. O, neçə nəfərin saxlandığını açıqlamayıb.

FSB vaxtaşırı bayramlar və vacib tədbirlər öncəsi terror hücumlarını ifşa etməsi haqda bəyanatlar yayır. Bu bəyanatı müstəqil təsdiqlətmək mümkün olmayıb.

FSB-nin keçmiş rəhbəri, prezident Vladimir Putin ötən həftə növbəti prezident seçkisinə gedəcəyini elan edib.

Bortnikov deyib ki, bu il hüquq-mühafizə orqanları 18 terror hücumunu önləyiblər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений