Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fuad Poladov: "Sağalmaq şansım yoxdur"



Qırtlaq xərçəngindən əziyyət çəkən Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru, xalq artisti Fuad Poladovdan xəbər var.

Sevilən sənətçi Cebhe.info-ya açıqlamasında bildirib ki, hazırda müalicəsi davam etsə də, bunun heç bir xeyri yoxdur:

"Elə bir ciddi irəliləyiş yoxdur. Görək müalicənin axırı gedib hara çıxacaq... Həkimlər nə deyəcək? Bu elə bir xəstəlikdir ki, burada sağalmaq şansı yoxdur. Sadəcə, bir balaca xəstəliyin qabağını alırlar ki, ağırlaşmasın. Səhhətimdə irəliləyiş yoxdur, hərdən görürsən ki, danışanda əziyyət çəkirəm".

Qeyd edək ki, F.Poladov qırtlaq xərçəngindən əziyyət çəkir. Sevilən sənətkar bir müddət öncə Milli Onkologiya Mərkəzində kimyəvi terapiya kursunu keçib.

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений