Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Futboldan qovulan "Neftçi"nin məşqçisi danışdı: "Bu hadisə 2015/16-cı illər mövsümündə baş verib" - MÜSAHİBƏ



AFFA İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük kənarlaşdırılan “Neftçi” və “Keşlə”nin sabiq məşqçisi Ağakişi Mehdizadə qol.az saytına müsahibə verib. 

- Konkret hansı oyuna görə cəzalandırılmısınız?

- Bir oyuna görə günahlandırılıram. Bunu sabah AFFA-da dəqiqləşdirəcəm. Apellyasiya şikayətimi də verəcəm. Sonra da gözləyəcəm, görüm necə olur. Əlimdən başqa  heç nə gəlmir.
- Ancaq mətbuatda “Keşlə” – “Neftçi” oyununun nəticəsinin manipulyasiya olunduğu yazılır...

- Xeyr, həmin oyun deyil.
- Bəs hansı oyundur?

- Bu, hələ “İnter”də işləyən dövrə təsadüf edir. Məni həmin oyuna görə futboldan uzaqlaşdırıblar. Həmin vaxt heç “Keşlə” adı yox idi. Bu hadisə 2015/16-cı illər mövsümündə baş verib. Sadəcə, üstü indi açılıb. Son hadisələrlə bağlı bu işi də araşdırıblar və faktları müəyyənləşdiriblər.

- Mətbuatda belə bir iddia da səslənir ki, pul qoyuluşunu Gürcüstanda etmisiniz və bu işdə Ramaz Svanadze sizə yaxından köməklik göstərib...

- Xeyr, tamamilə yalandır. Həm Ramaz Svanadze, həm də Zaur Axundovla yaxşı münasibətim var. Onların bu məsələdə adlarının çəkilməsi mənim özümə də maraqlıdır. Mən günahkaram. Belə baxanda, hər şeyimi itirmişəm. Futboldan uzaqlaşdırılmışam. Açıb-tökə də bilərəm, amma onların adlarının hallanması mənə çatmır. Onlarlıq bir iş yoxdur. Yüz faiz deyirəm ki, səhv məlumatdır.

- Bəs pul qoyuluşu hansı ölkədə edilib?

- Heç vaxt pul qoyuluşu etməmişəm. Ümumiyyətlə, bu, pul qoyuluşu ilə bağlı məsələ deyil. Tamam fərqli məsələdir. Sabah AFFA-da hər şeyi dəqiqləşdirdikdən sonra sizə deyə bilərəm. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений