Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gələn ildən pensiya məbləği neçə faiz artacaq?



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb.

Bütövlükdə, pensiyaların yeni indeksasiya mexanizmi necədir? Gələn ay pensiya məbləği neçə faiz artacaq?

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən indeksasiyada 2 əsas dəyişiklik var:

“Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi inflyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqındakı artım faizinə indeksasiya ediləcək. İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Qeyd edim ki, əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən isə məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək”.

Pensiya məbləğində artımlara gəlincə ekspert qeyd edib ki, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7.2 faiz artıb:

“Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6.2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti aylarda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər. Gələn ay indeksasiyanın bir rəqəmli olduğunu nəzərə alsaq 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений