Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəminin batması nəticəsində 178 nəfər itkin düşdü



İndoneziyada Sumatra adasındakı Toba gölündə sərnişin gəmisinin batması nəticəsində itən insanların 178 olduğu bildirilib. 

Cebhe.info xarici mediaya istinadən məlumat verir ki, bu barədə İndoneziya polis idarəsinin mətbuat katibi Yusri Yunus açıqlama verib. O Toba gölündə Samosirdən Simalunqun bölgəsinə gedən "KM Sinar Bangun" adlı taxta sərnişin gəmisinin batdıqdan sonra ailələrin son məlumatları ilə itkin düşən insan sayının 178 olaraq yeniləndiyi bildirilib. 

Qeyd edək ki, rəsmilər qəzanın əlverişsiz hava şəraiti və qayıqda tutumundan çox sərnişin olması səbəbindən baş verdiyini bildiriblər.

Hicranə İsmayılova
Cebhe.info

 

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений