Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gənc Tamaşaçılar Teatrının həftəsonu repertuarı



Hər həftə olduğu kimi, bu həftə də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı maraqlı repertuarla tamaşaçıların görüşünə gələcək. 

Cebhe.info xəbər verir ki, kollektiv aprelin 27-29-da Bakıda növbəti dəfə möhtəşəm idman yarışması olan Formula 1-in keçiriləcəyini nəzərə alaraq xüsusi repertuar tərtib edilib.

“Belə möhtəşəm yarışmalara yenidən ev sahibliyi etmək ölkəmizi və Bakımızı tanıtmaq üçün növbəti fürsətdir. Yarışma ərəfəsində paytaxtımıza gələn xarici qonaqlar zəngin mədəniyyətimizə, çeşidli mətbəximizə, teatr-konsert müəssisələri və folklor nümunələrimizlə bir daha yaxından tanış olmaq fürsəti əldə edəcəklər. Bu məqsədlə də repertuarımızda olan ən maraqlı tamaşaları seçib şəhərimizin qonaqlarına nümayiş etdirəcəyik”, - deyə teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov söyləyib. 

Teatrın yaradıcı kollektivi aprelin 26-da dünya şöhrətli, “Oskar” mükafatçısı Martin MakDonaxın “Konnemarada bir kəllə”, aprelin 27-də sözügedən müəllifin trilogiyasına daxil olan “Yalqız qərb”, aprelin 28-də məşhur İsveç dramaturqu L.Nurenin (“Müharibə”) “Mən gəldim qızlar” və aprelin 29-da isə C.Cabbarlının “Aydın” tamaşalarını təqdim edəcək. Saat 19.00-da təqdim olunacaq tamaşalar şəhərimizə səfər edəcək turistlərin, qonaqların və azarkeşlərin daha yaxşı başa düşməsi üçün ingilis və rus dilində titrlərlə təqdim olunacaq.

Teatr hər zaman olduğu kimi kiçik yaşlı tamaşaçılarını da unutmayıb. Balacalar aprelin 28-də saat 12.00-da və 14.00-da C.Sviftin “Qulliver cırtdanlar ölkəsində”, aprelin 29-da isə eyni saatda Pərvinin “Dəcəl keçi” tamaşalarını seyr edə biləcəklər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений