Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncə hadisələri müğənniləri ağladıb



“Olan hadisələr məni gözyaşına boğdu”

Bu sözləri əməkdar artist Aybəniz Haşımova Cebhe.info-ya açıqlamasında bildirib. O yaşananların olduqca ağır olduğunu səsləndirib:

“Gəncəli olaraq, olan hadisələr məni gözyaşına boğdu. Nə qədər təzyiq dərmanı içdim, hələ də özümə gələ bilmirəm. Bu hadisələr mənə çox pis təsir etdi. Bu barədə danışmışam və hər dəfə danışdıqca da pis oluram. Məni başa düşün, bu barədə soyuqqanlılıqla danışa bilmirəm”. 

“Yüksək maaşla, villada qalırsız, insanlara yuxarıdan baxmayın”

Müğənni Əli Mirəliyev saytımıza açıqlamasında bildirib ki, daima insanların problemləri ilə maraqlanmaq lazımdır:

“Polislərin ölməsi mənə çox pis təsir etdi. Çünki onların günahı yox idi. Onlara Allah rəhmət eləsin.

Bu işlərlə məşğul olan iş adamları insanların qeydinə qalmalı, problemləri öyrənməlidir. Ağsaqqal gedib sual verməlidir, ay Gəncə, ay Bakı, ay Xırdalan, ay başqa yerlər nə istəyirsiz? Bunlar olmadıqca narazılıqlar həmişə olacaq.
İnsanlardan qorxmaq lazım deyil, onların problemlərini soruşmaq lazımdır. Bunlar onu etmir, ona görə də bunlar baş verir, insanlar özlərini öldürürlər.

Televiziyada baxıram, Türkiyədə icra başçısı özünü körpüdən atmaq istəyən uşağı aparıb toya, onun könlünü alıb. Xalqa yuxarıdan aşağı baxmaq lazım deyil. 

Ay, iş adamları xalq sizi ayaqda saxlayır. Yüksək maaşla, villada qalırsız, insanlara yuxarıdan baxmayın”.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений