Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncə olaylarını radikal qüvvələr hazırlayıb: “Azərbaycandakı stabillik onları qane etmir” - RƏY



“Hadisələr onu göstərir ki, icra başçısına sui-qəsdin arxasında müəyyən qüvvələr olub. Bu, müəyyən ssenari əsasında qurulmuş məsələdir. İki yüksək rütbəli polis zabiti öldürülürsə, deməli, çox ciddi olaydır və ciddi olaraq araşdırılmasına ehtiyac var”. 

Bu sözləri Gəncə hadisələri ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Fikrət Sadıxov deyib: 

“Aydın məsələdir ki, hansısa qüvvələr Azərbaycanda iğtişaş yaratmaq istəyir. Buna görə konkret adddımlar planlaşdırılıb”. 

Politoloq deyir ki, son günlər baş verənlər nəzərə alınaraq, bu cür hadisələrə ciddi hazırlaşmaq lazım idi: 

“Biz əslində itki verməməliydik. Güc sturukturları daha diqqətli olmalı və bu cür hadisələrin qarşısı alınmalı idi. Hadisənin arxasında hansı xarici qüvvələrin dayandığını dəqiqliklə araşdırmaq lazımdır. Bu araşdırıldıqdan sonra tədbirlər görülməlidir ki, bu cür hadisələr nə Gəncədə, nə də digər şəhərlərdə baş versin”. 

Fikrət Sadıxov hesab edir ki, olaylar ekstremist, radikal qüvvələr tərəfindən hazırlanıb: 

“Həm ölkə daxilində olan, həm də onları dəstəkləyən qüvvələr tərəfindən hazırlanıb. Müəyyən ehtimallar, şübhələr ola bilər. Əlbəttə, araşdırılmadan hansısa qüvvənin, hansısa ölkənin adının səsləndirilməsi düzgün olmazdı. Amma görünür ki, radikal qüvvələrin arxasında hansısa xarici qüvvələr dayanır. Azərbaycandakı stabillik onları qane etmir və bunu pozmaq istəyirlər”. 

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений