Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncədə kişi qardaşı qızının evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb



Gəncə şəhərində oğurluq hadisəsi baş verib.

DİN-nin Regional Mətbuat xidmətindən verilən məlumata görə, yerli sakin mayın 17-də Gəncə şəhər baş polis idarəsinə müraciət edərək bildirib ki, sözügedən tarixdə ona məxsus olan evdən külli miqdarda qızıl-zinət əşyaları naməlum şəxs və şəxslər tərəfindən oğurlanıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları dərhal əməliyyat istintaq tədbirləri həyata keçirib. Nəticədə müəyyən edilib ki, şəhər sakininin evinə girmiş şəxs şikayətçinin həyat yoldaşının Göygöl rayonunda anadan olmuş 1973-cü il təvəllüdlü əmisi Nofəl Məhərrəmovdur.

Hazırda saxlanılan Nofəl Məhərrəmov Rusiya Fedarasinda 6 il azadlıqdan məhrum edilib. Faktla bağlı araşdırma davam etdirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений