Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncədə mərmi aşkarlanıb



Fevralın 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Qaraqoyunlu küçəsi döngə 1 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMa-dan verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib və 1 ədəd 115 mm-lik top mərmisi (OF-27) aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursatın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya, qurğu aşkar edilməyib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений