Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Gəncədə qadınlar türk vətəndaşını yatızdırıb soydular - VİDEO



Türkiyə vətəndaşı Yıldız Süreyyə Ziyan Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsinə evindən 500 ABŞ dolları, 150 manat və 2 ədəd mobil telefonun oğurlanması barədə ərizə ilə müraciət edib.

ARB TV xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarışları nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva və Qazax rayon sakini Günay Əliyeva saxlanılıblar.

Saxlanılan şəxslər hadisə günü, zərərçəkənlə birlikdə onun mənzilində spirtli içki qəbul ediblər. Bu zaman Məftunə Mehdiyeva Türkiyə vətəndaşının içkisinə yuxu gətirici dərman atıb. Ev sahibi yatandan sonra isə onlar niyyətlərini həyata keçiriblər.

Məftunə Mehdiyeva – Saxlanılan şəxs: “Whatsapp” vasitəsilə türklə tanış oldum. 1-ci gün çağırdı, işim oldu, gedə bilmədim. 3-cü gün salam yazdım, dedi ki, istəsən gələ bilərsən, bu gün evdəyəm. Dedim ki, yanımda da bir dənə dostum var, mənə görə gəlib yanımda qalır, tək qoymayım, gəlsə olar? Dedi ki, problem yoxdur, götür gəl. Mən pivə içdim, pivə bitdi, türk soyuducudan bir pivə də gətirdi, içdim”.

Günay Əliyeva – Saxlanılan şəxs: “Mən gördüm ki, Məftunə türkün pivəsinə dərman qatdı. Bir az keçəndən sonra türkün vəziyyəti təmiz dəyişdi. Ondan sonra Məftunə şkafda paltarları axtardı. Paltarı axtaranda pul yerə düşdü. Pulun sayını mənə demədi. Mənə 150 dollar pul verdi. Bir dənə “İphone 7”, bir dənə də balaca telefon götürdük. Taksiylə oturub evə gəldik”.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir. Bu şəxslərin digər cinayətlərdə iştirakı istisna edilmir. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə və ya Nərimanov rayon polis idarəsinə müraciət edə bilərlər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений