Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Generalın eyham vurduğu bölünmə planı: NƏLƏR VAR?



Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyada apardığı siyasət Rusiya və Türkiyənin ciddi narazılığına səbəb olub.Türkiyəni daha çox ABŞ-ın Suriyada yerləşən terror təşkilatlarına dəstək verməsi narazı salıb.Rusiya isə hesab edir ki, ABŞ-ın Suriyanı parçalamaq niyyəti var və bu bölgə üçün ciddi təhlükə vəd edir.Bu günlərdə "Krasnaya Zvezda" nəşrinə müsahibəsində Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin bir daha ABŞ-ın Suriyanı parçalamaq niyyətində olduğunu deyib.

“ABŞ Suriyanın suverenliyinin və bütövlüyünün qorunacağına dair verdiyi vədlərə baxmayaraq, ölkəni parçalamağa çalışır. ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı Fransa, Almaniya və Böyük Britaniyanın "əhəmiyyətli dəyişikliklər" etməyəcəkləri təqdirdə ölkəsinin nüvə sazişindən çıxacağı ilə hədələyib. ABŞ-ın tabeçiliyində olan qüvvələr İŞİD terrorçuları ilə birləşiblər.Bu amerikalıların rəhbərliyi və nəzarəti altında baş verir",-deyə Aleksandr Fomin bildirib.Ancaq rusiyalı general ABŞ-ın Suriyanı parçalamaq planlarının detallarını açıqlamayıb.Maraqlıdır, ABŞ Suriyanı necə parçalamaq istəyir?

Politoloq Natiq Miri “Cümhuriyət” qəzetinə şərhində ABŞ-ın planlarını Türkiyənin pozduğunu deyib:

“ABŞ-ın indiki vəziyyəti o, qədər də ürəkaçan deyil. Xüsusilə də Suriyadakı mövqeləri getdikcə zəifləməkdədir və buna əsas səbəb olan açar dövlət məhz Türkiyədir.Türkiyə “Zeytun budağı” əməliyyatı ilə demək olar ki, ABŞ-ın Suriyadakı bütün planlarının üstündən xətt çəkdi.ABŞ Suriyanın şimalında, xüsusilə də Fərat çayının şərqindən üzüaşağı Ağ dəniz sahillərinə qədər “kürd dəhlizi” yaratmaq istəyində idi.Ağ Ev bu ərazilərdə qondarma “Kürd dövləti” yaratmaqla əslində enerji dağıyıcılarına nəzarət etmək, buna paralel olaraq qonşu Türkiyəyə və İrana təzyiq imkanlarını saxlamaq istəyirdi.Və bu məsələ təbii ki, təkcə Suriyanın şimalı ilə məhdudlaşacaq bir geosiyasi plan deyil.Bu planın birinci qolu bilavasitə İraqın şimalı ilə bağlı idi.2017-ci ilin sentyabr ayının 25-də buna “müstəqil Kürdüstan” referendumu vasitəsilə ciddi cəhd edildi.Sadəcə, region dövlətləri olan Türkiyə və İranın müdaxiləsi ilə buna imkan verilmədi”.

Politoloq hesab edir ki, ABŞ Suriyanın enerji ilə zəngin bölgələrinə nəzarət etmək istəyir:

“Qondarma kürd hakimiyyətinin tamamilə sıxışdırılması ilə bu planın üstündən xətt çəkildi. İraqda iflasa uğrayandan sonra planın “Suriya qolu” dövriyyəyə girdi.Bu vaxt Türkiyə “Zeytun budagı” hərbi əməliyyatını başlatdı.Türkiyə sərhədləri boyunca yerləşən kürd kontonlarında artıq dövlətləşmə prosesi gedirdi.Bir çox kontonlarda xüsusilə, dövlət strukturları yaradılırdı.Bu dövləti qoruyacaq peşəkar ordunun bərqərar olması üçün artıq düyməyə basılmışdı. Və bu yöndə artıq PKK terrorçularının hərbi cəhətdən təlim prosesinə start verildi. İlk növbədə 25 minlik sərhəd qoşunlarının yaradılması nəzərdə tutulurdu. Buna görə də rus generalının dediklərində müəyyən qədər həqiqət var. Bu plan Suriyanın parçalanması planı idi və bu plana sadəcə, Suriyanın şimalı olaraq düşünmək doğru deyil. Çünki Suriya büdcəsinin əsasını təşkil edən bu ərazilərdə enerji daşıyıcılarının 70 faizi yerləşir”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений