Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Girovluqdakı Şahbaz Quliyevin 2 dəqiqəlik videosu:"Həyat yoldaşı baxıb...



Səhətti isə yaxşı deyil. Sonuncu örüntüsünə böyük bacım və həyat yoldaşı baxıb". Bu sözləri işğalçı Ermənistan ordusu tərəfindən girov götürülən və hazırda da girovluqda olan Şahbaz Quliyevin qardaşı Mənaf Quliyev Cebhe.info.info-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bayram ərafəsində Şahbazdan heç bir məktub və xəbər gəlməsə də, həyat yoldaşına, bacısı və qardaşına 10 gün əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən videogörüntülər təqdim edilib. 2 dəqiqəlik videogörüntülərdə girov öz səhhəti ilə bağlı məlumat verib:

"O, səhhətinin normal olduğunu desə də, bacımgil hər şeyin heç də yaxşı olmadığını görüblər. Ümumi zəifliyi, artıq böyüdücü gözlükdən istifadə etdiyi müşahidə olunub. Sözügedən qurum həmin videonu bizə verməyib. Ümid edirəm ki, yaxın zamanlarda qardaşım girovluqdan azad ediləcək",- deyə o bildirib.  

Elgün Gəncimsoy

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений