Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Gizli radar sözü 19-20-ci əsrə aiddir" - DYP-dən ETİRAZ



Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Bakı-Qazax magistralının Ucar rayonundan keçən hissəsində gizli formada radarın quraşdırılması etirazlara səbəb olub. 

Bu xəbərdən sonra yollarda gizli quraşdırılmış radarın olması barədə məlumat məsələni yenidən aktuallaşdırıb. Bəzi sürücülər yollarda gizli radarların olmasını qanuna zidd olduğunu bildirsə də, bir çox istifadəçilər gizli radarın mövcudluğuna haqq qazandırıb. Onlar bunu gizli radarlar olmazsa bəzi sürücülərin yol hərəkəti qaydalarını daha kobud poza biləcəyi ilə izah edib. 

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, sosial şəbəkələrdə yol polisinin fəaliyyəti ilə əlaqədar informasiyalar öyrənilmədən yazılır. Hərəkətin təşkili istiqamətində yol polisinin mütəmadi işlədiyini vurğulayan DYP rəsmisi qeyd etdi ki, Bakı şəhərində gizli radarlar yoxdur, ola da bilməz: 

"Texniki məsələlər elə yerləşdirilib ki, hər bir sürücü onu görməlidir və görür də. Yəni gizli radar quraşdırılıb sözü 19-20-ci əsrə aid olan sözdür. Hazırda müasir texniki avadanlıqlarımız var və onlardan istifadə edirik. Radarın gizlədilməsi ilə bağlı ifadələr bəzi sürücülərin məsuliyyətdən yayınmaq və yol polisinin fəaliyyətinə kölgə salmaq istəyi ilə bağlı bir informasiyadır". 

Vaqif Əsədov bəzi sürücülərin bir sıra yollarda radarları bildirən məlumat lövhələrinin olmaması ilə bağlı iradlarına da aydınlıq gətirdi:

"Yol nişanlarının olmaması ola bilər ki, orada qəzalar zamanı onların sıradan çıxması ilə əlaqədardır. Onların bərpası da müəyyən müddət tələb edir. Bütün hallarda ərazidə yol nişanı yoxdursa belə, sürücü bunu nəzərə almalıdır və sürət həddinə diqqət yetirməlidir. Bunu hər hansı hadisənin baş verməsinin qarşısını almaq və öz həyatını təhlükəyə atmamaq üçün etməlidir. Bu gün tətbiq edilən texniki vasitələr, radarlar və sairə hər bir hərəkət iştirakçısının təhlükəsizliyi naminə düşünülmüş bir addımdır". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений