Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gömrükdə milyonluq çay əməlliyyatı: Kimə qazandırdı?



“Şri Lanka çayının adı Azərbaycanda korrupsiya işində hallanır”.

Cebhe.info xəbər verir ki, bu sözlərlə iqtisadçı-ekspert Hafiz Babalı çıxış edib.

O, qeyd edib ki, əminliklə demək olar ki, Azərbaycanda hər kəs Seylon çayının dadına ən azı bir dəfə baxıb. Lakin Şri-Lankadan Azərbaycana idxal marşrutu boyunca uzanan milyonlarla dollarlıq korrupsiya barədə heç də hamının məlumatı yoxdur: “2017-ci ildə Şri-Lanka Azərbaycana 12.271 ton çay ixrac edib. Bu, əvvəlki ildəkindən 16.2% çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, deyilən dövrdə müvafiq olaraq 11 767 və 11 539,5 ton Seylon çayı qanuni şəkildə ölkənin gömrük sərhədindən keçirilib. Şri-Lankanın hökumət mənbələri 2017-ci ildə Azərbaycana göndərilən yükü 62 milyon 865 min ABŞ dolları qiymətləndirib. Bu, Azərbaycan gömrüyündə bəyan edilən qiymətdən 33,1 faiz çoxdur. Bir ton çay $5122,9-a ixrac edilib. Azərbaycanda gömrük vergisi və rüsumlar 1111 dollar ucuz qiymət əsasında müəyyən edilib. İki ölkənin gömrük məlumatları arasındakı fərq 15 milyon 650,5 min dollar təşkil edir. Başqa sözlə, gömrükdə saxta invoys təqdim edilməsi ehtimalı var. 2016-cı ildə Şri-Lanka və Azərbaycan gömrük məlumatları arasındakı fərq 4,7 milyon dollar idi”. 

Ekspert deyib ki, əvvəlki illərdə iki ölkənin Azərbaycana çay tədarükü üzrə məlumatlarındakı fərq daha çox olub: “2014-2015-ci illərdə Azərbaycan gömrüyündə 12.215 ton çay idxalı bəyan edilib. Şri-Lanka mənbələri bu iki il ərzində Azərbaycana təxminən iki dəfə çox çay ixrac edildiyini bildirir - 22 828 ton. Bu illərdə çay idxalının həcmi qiymət ifadəsində təxminən 4 dəfə azaldılıb (Azərbaycan - 25 milyon, Şri-Lanka - 98 milyon dollar). Dövlət standartlarına uyğunluq sertifikatlarının reyestrində Azərbaycana çay idxal edənlər haqqında məlumat yoxdur. Azərbaycanda qara çayın emalı və qablaşdırılması ilə əsasən "Beta Tea" və "Azərsun Holdinq" şirkətləri məşğul olur. Bu ilin I rübündə rəsmi olaraq ümumi bəyannamə qiyməti 11 milyon 857 min dollar (+ 16,5%) olan 3 min 66 ton çay (+ 18%) idxal edilib”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений