Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Göyçayda 6 otaqlı ev yandı



Göyçay rayonunda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Elxan Məmmədova məxsus ümumi sahəsi 540 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Evin 6 kvadratmetrlik hissəsi yanıb, qalan hissəsi yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений