Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Göydən osminoq və dəniz ulduzu yağdı - FOTOLAR



Dünyanı narahat edən görüntülər Çinin şərqindəki Şandong vilayətində çəkilib.

Cebhe.info xəbər verir ki, Qingdao əyalətində qopan fırtına geriyə inanılması çətin mənzərə buraxıb.

Qingdao Meteorologiya İdarəsi tərəfindən paylaşılan fotoşəkillərdə fırtına zamanı göy üzündən osminoq, dəniz ulduzu, karides və molyuskaların yağdığı görüntülənib.

Şəkil çəkildiyi yerlə dəniz arasında yüzlərcə metr məsafə var. Səlahiyyətlilər şəhərin bu günə qədər ən şiddətli fırtına məruz qaldığını bildirib. Tropik fırtınanın bir müddət sonra bir xortuma çevrildiyi bildirilir. Bəzi şəhər sakinləri şiddətli küləklə birlikdə yağışın doluya çönən fotolarını da paylaşıblar.

Dolunun yumurta böyüklüyündə olduğu gözə çarpır. Oxşar görüntülər keçən il Meksikada da çəkilmişdi. Tampico şəhərində göydən balıq yağmışdı. 2008-ci ildə eyni görüntülər Hindistanın Kerala şəhərində də qeydə alınmışdı.

Gökten ahtapot ve denizyıldızı yağdı!

Gökten ahtapot ve denizyıldızı yağdı!

Gökten ahtapot ve denizyıldızı yağdı!

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений