Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Grand Hospital"da ölən qızın cəsədi ekspertizaya verildi - NƏTİCƏSİ...



"Grand Hospital"da dünyasını dəyişən qızın cəsədinin ekspertizasının cavabı 2 həftə sonra açıqlanacaq.

Bu haqda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Cebhe.info-ya məlumat verilib. 

Bildirilib ki, mərhum Mirzəyeva Ayşən Müşfiq qızının yaxınları cəsədi ekspertiza vermək istəmirdilər. Mərhumun yaxınları cəsədi dəfn etmək istəsələr də, cəsəd ekspertiza aparılıb. İki həftə sonra ekspertizanın nəticələri haqda açıqlama veriləcək.

Qeyd edək ki, hadisə noyabrın 30-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən “Grand Hospital” tibb mərkəzində baş vermişdir. 1997-ci il təvəllüdlü Mirzəyeva Ayşən Müşviq qızı üzərində keçirilmiş əməliyyatdan sonra vəziyyəti ağırlaşaraq, koma vəziyyətinə düşüb. Dekabrın 5-də isə vəfat edib.

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений