Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gülən “uçurumu” dərinləşdirir: Ərdoğan Ağ Evə yenə şərt qoydu



“Türkiyə artıq ABŞ-ın terrorçuların ekstradisiyası barədə tələblərini yerinə yetirməyəcək”.“Cümhuriyət” qəzeti xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.Ərdoğanın sözlərinə görə, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçu ekstradisiya etsə də ABŞ Fətullah Güləni Ankaraya təhvil vermir.“Mən hakimiyyətdə olduğum müddətdə ABŞ Türkiyədən bir adamı da almayacaq”.

ABŞ Güləni Türkiyəyə niyə verməz?

ABŞ Fətullah Güləni Türkiyə ilə yanaşı, Yaxın Şərqlə bağlı siyasi planlarına uyğun olaraq müdafiə edir. Çünki Gülənin rəhbərlik etdiyi şəbəkə (FETÖ, yaxud “Gülən camaatı”) üçün nəhəng layihələr nəzərdə tutulub və bu, bütün islam coğrafiyasını - müsəlman dövlətlərini əhatə edən plandır. Türkiyənin strateji əhəmiyyətli iqtisadi resurslarını əllərində saxlayan FETÖ-nün dünyanın 170-ə yaxın ölkəsində təşkilatları, yüz minlərlə üzvü var və 100 milyard dollardan çox büdcəyə malikdir.Şəbəkənin nə qədər üzvü olması isə sirr olaraq saxlanılır və bu da FETÖ-nün hansı gücdə olması ilə bağlı müəmma yaradır.Digər yandan, təşkilat silahlanmaq əvəzində fəaliyyət göstərdiyi dövlətlərin təhlükəsizlik və müdafiə strukturlarını ələ keçirmək strategiyası yürüdür.2016-cı ildə Türkiyədə çevrilişə cəhdi də FETÖ-nün bu ölkənin müdafiə sistemi və təhlükəsizlik orqanlarındakı şəbəkəsi etmişdi.FETÖ-nü digər terror təşkilatlarından fərqləndirən cəhət də budur ki, bu təşkilat dövlətin resurslarını dövlətin özünə qarşı istifadə edir. Türkiyədəki çevriliş cəhdi də FETÖ-nün fəaliyyət göstərdiyi digər dövlətlər üçün də nə qədər təhlükəli ola biləcəyi ehtimalını təsdiq etdi. 

Ağ Evin “Gülən camaatı” ilə bağlı planı

Təşkilat üzvləri şəbəkəni ABŞ-ın idarə etdiyinə və buna görə güclü olduqlarına inanırlar. Bununla belə dünyanın onların nəzarətində olduqlarına da inamları var. FETÖ lideri Fətullah Gülənin Penslivaniyadakı malikanəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Amerika Federal Təhqiqatlar Bürosu (FBI) tərəfindən mühafizə olunması da şəbəkənin ABŞ-ın nəzarətində olduğu iddiasını təsdiq edir. FETÖ üçün nəzərdə tutulmuş planın da Ağ Evdə hazırlandığına inanılır. Həmin plana əsasən bütöv islam coğrafiyasında “Gülən camaatı” təriqətinə uyğun “xilafət” qurulacaq və bu “xilafətin” başçısı Fətullah Gülən olacaq. Amerikada buna “yumşaq islam” deyirlər. 

Başqa sözlə, 1970-ci illərdən “Gülən camaatı”nı bütün islam coğrafiyasına yayaraq Türkiyə ilə yanaşı, istədiyi dövlətdə bu şəbəkə vasitəsilə siyasi planlarını həyata keçirmək imkanı əldə edən ABŞ heç bir halda Fətullah Güləni Ankaraya verməz. Versə də Gülənin yerinə növbəti imamını təyin edəcək.Yəni, Fətullah Gülənin Türkiyəyə ekstradisiyası heç nəyi dəyişməyəcək, nə bu ölkə, nə də FETÖ-nün mövcud olduğu digər dövlətlər hələlik bu təhlükədən sığortalanıblar.

ABŞ Türkiyədən kimi istəyə bilər?

Ərdoğanın məlum açıqlamasına gəlincə, ABŞ və Türkiyə arasında həbs edilmiş şəxslərin dəyişdirilməsi, yaxud qarşılıqsız ekstradisiyası ilə bağlı anlaşma var. Rəsmi Ankara həmin anlaşmanı əsas tutaraq Güləni Vaşinqtondan istəyir.Amma qarşı tərəf də məlum səbəblərdən Türkiyənin bu tələblərini rədd edir.İndiki halda isə Amerikanın Türkiyədən tələb etdiyi hansısa nüfuzlu şəxs, yaxud şəxslər yoxdur ki, onlar həbs edilib və ABŞ onları qarşı tərəfdən istəyir. Bu şəxslər Türkiyənin Suriya və İraqda apardığı antiterror əməliyyatları nəticəsində İŞİD, “Ən-Nüsra” kimi terror təşkilatının sıravi üzvləri, yaxud bu qurumların rəhbər heyətində yer ala biləcək şəxslər ola bilər ki, Ankara indiyədək Amerikanın bununla bağlı istəklərinə müsbət cavab verib. Hazırda isə Türkiyədə Amerika üçün maraqlı olan bir şəxs yoxdur ki, onun ekstradisiyası, yaxud təhvil edilməsi tələb olunur.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений