Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Güllərin üz güldürməyən qiymətləri - Çiçək bazarında qiymətlər bahalaşıb



“Bilik günü”ndə şagird və valideynlərin yolu həm də gül mağazalarından düşür.

Şagirdlərin ənənəsinə sadiq qalaraq, bu dəfə AzNews.az yolunu şəhərimizin gül mağazalarından saldı. Adi günlərdən fərqli olaraq, bu ərəfədə mağazalarda güllərin çeşidləri artıb. Hətta bəzi mağazalarda dünyanın müxtəlif ölkələrindən gətirilmiş çiçəklərə də rast gəlmək mümkündür. Gözoxşayan mənzərəni bir tək qiymətlər korlayır. Bilik günü ərəfəsində gül mağazalarında qiymətlər kəllə-çarxa çıxıb. Qızılgülün bir ədədi 5 manat, rəngli qərənfillər 4 manat, buketdə özünəməxsus gözəllik yaradan tikanlı güllər 4 manat, kala isə 7-8 manatadır.

Buketlərin qiyməti 25-100 manat arasında dəyişir. Qiymət həm də dəstəyə qoyulan güllərin sayından asılıdır. Satıcılar deyir ki, indi buketdən çox səbət dəbə düşüb. Səbətlərin də qiyməti güllərin sayına görə təyin edilir. Balaca səbətlər 45-50 manat, böyüklər isə 50- 100 manat arasındadır. Bəzi valideynlər hətta bilik günü gül dəstələrinə şokalad da əlavə edir ki, bu cür sifarişlər isə gül dəstəsini bir qədər də qiymətə mindirir.

Alıcılar ən çox hansı güllərə üstünlük verir?

Satıcılar deyir ki, hər kəs cibinə və müəlliminə görə hədiyyə seçir. Amma elələri də var ki, bir qızılgül alır , amma bu seçimin özü belə bahadır. Yəni bir qızılgüldən ibarət buket 25 manata təklif olunur.

Satıcılar güllərin qiymətinin sentyabrın 20-nə kimi aşağı enməyəcəyini bildirdilər. Yəni sonra günlərdə güllərin qiymətində enmə müşahidə olunsa da “Müəllim günü” yenidən bahalaşma qaçılmazdır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений