Günay İbrahimli Yeni ildə 10 min manat qonorara oxuyacaq - VİDEO

Müğənni Günay İbrahimli Yeni il günü şou-proqramlardan yüksək qonorar istəməsi xəbərinə münasibət bildirib.
Cebhe.info-nun məlumatına görə, sənətçi "Şou məkan" verilişinə açıqlamasında həqiqətən də yüksək məbləğ istədiyini etiraf edib.
“Yox, qiyməti yüksək deməmişəm. Yeni il günü özəl gündür, təbii ki, qiymət də özəl olmalıdır. Çağıran çağırsın, qiymətim budur. Hamı çalışır, pul qazanmaq istəyir. Bilirsiniz ki, qazandığımız pulun yarısını işimizə xərcləyirik. Mən neçə illərdir bu sənətdəyəm. Əlbəttə, bu sənətdən gələn qazancımı da sevməliyəm”, - deyə G.İbrahimli söyləyib.
Qeyd edək ki, prodüser Tarix Əliyev Günayla bağlı "Yeni ili sevgilisi ilə keçirmək üçün 10 min qonorar istəyib" sözlərini demişdi.
Aysel
Cebhe.info