Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Gürcüstan "məxməri inqilaba" doğru gedir" - Politoloq

 



Gürcüstanda parlamentin binası qarşısındakı aksiyalar davam edir. Hətta binanın qarşısında çadırlar da quraşdırılıb. Etiraz aksiyalarında artıq polis tərəfindən saxlanılanlar da var. Saxlanılan iki nəfər inzibati qaydanı pozublar. Aksiya təşkilatçılarından olan Zaza Saralidze isə  jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər çadırdan çıxmayacaq.

Tiflisdə keçirilən etiraz aksiyasına Gürcüstanın regionlarından da insanlar dəstək verirlər. Aksiyada iştirak etmək üçün Qori və Rustavi şəhərlərindən, azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Qardabani, Tsalka, Kaspi rayonlarından da xeyli adam gəlib.

Mitinqə Gürcüstanın "Vahid Milli Hərəkat", "Demokratik Gürcüstan", "Avropa Gürcüstanı" və digər siyasi partiyaların nümayəndələri də qatılıblar. Qətl hadisəsindən sonra yaranan sistuasiyanın belə hal alacağını heç kəs gözləmirdi. Aksiyaların miqyasının genişlənməsindən sonra bəzi siyasətçilər bunun arxasında kimlərinsə dayandığını və məsələnin qəsdən qızışdırıldığını iddia etməyə başlayıb. İddiaya görə hazırki hakimiyyətlə bəzi məsələlərdə fikir ayrılğında olan Qərb tezliklə qonşu ölkədə dəyişiklik görmək istəyir.

İddialarıla bağlı Cebhe.info-ya öz mövqeyini açıqlayan politoloq Qabil Hüseynli bildirdi ki, aksiyaların kimlərsə tərəfindən qızışdırlması versiyası inandırıcı görsənmir. Onun fikrincə, aksiyalar baş vermiş cinayət hadisəsinə laqeydlik səbəbindən yarandı. Amma sonradan genişlənməsi bəzi məqamların üstünü açmış oldu:

"Demək olmaz ki, akisyaların baş verməsində kimlərinsə rolu var. Cinayət hadisəsi baş verib və iki nəfər öldürülüb. Bu nöqteyi nəzərdən hadisə hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalı idi. Buna baxmayaraq ciddi araşdırılmadı, başdan sovdu yanaşıldı. Yəni mən bunu qurma hadisə hesab etmirəm. Hər halda bu bəhanə deyil. Mənim zənnimcə bu təsdüf və baş vermiş adi hadisə idi. Amma indiki bu hadisə bəhanə olmasa da, sabah başqa olay əhalinin qaxlmasına təsir edə bilər". 

Buna baxmayaraq artıq Tiflisdə əhali çoxdandı bəzi məsələlərə qəzəblidi deyən eskpert hesab edir ki, indi olmasa da nə vaxtsa insanlar ayağa qalxacaq. Q.Hüseyinli Gürcüstanda yeni məxməri inqilabın yetişdiyini bildirdi: "İnsanlar artıq indiki hakimiyyətin istefasını tələb edir. Bu tələbə hər keçən gün daha çox adam qoşulur. Gürcüstanda vəziyyət hazırda heç də yaxşı deyil. Gürcüstanın "boz kardinalı" Bdzina İvanaşvili demək olar ki, qəribə bir rejim yaradıb.

Rusiya ilə də münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atır.  Eyni zamanda ölkədə demokratik təsisatlara, Qeyri Hökumət Təşkilatlarına müəyyən məhdudiyyətlər tətbiq edib. Bdzina İvanaşvilinin faktiki olaraq Gürcüstanın baş nazirinə çox böyük təsiri var. Buna görə də əhali hakimiyyətin dəyişdirilməsində maraqlıdır. Bununla yanaşı dəyişikliklərin labüdlüyü Qərb ölkələri, xüsusəndə ABŞ tərəfindən də dəstəklənir. Zənnimcə Gürcüstanda məxməri inqilabın baş verməsinə doğru gedir". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений