Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstanda “ReAL”ın gizli qurultayı ilə bağlı məsələ araşdırılacaq



Gürcüstanın Bakıdakı səfirliyi müxalif “ReAL” hərəkətinin Tbilisidə qurultay keçirməsi haqda informasiyaya reaksiya verib.

Səfirliyin mətbuat xidmətinin başçısı Kaxa Abdaladze bildirib ki, onlarda bu barədə heç bir informasiya yoxdur.

"Hər halda biz bu barədə Tbilisi ilə əlaqə saxlayacaq və əgər hansısa informasiya olacaqsa sizə deyəcəyik", - deyə gürcü diplomatı bildirib.

Daha əvvəl xəbər verdiyimiz kimi, müxalif “ReAL” hərəkatı yanvarın 21-də Tbilisidə qurultay keçirməyi planlaşdırır. Bakıdan 100-dən çox nümayəndənin iştirak edəcəyi tədbirə hazırlıq ciddi məxfilik şəraitində aparılır. Tədbirə hazırlıq işlərinin başlanmasına hələ çox qalmış onun təşkilatçıları iştirakçılara xəbərdarlıq ediblər ki, hərəkatın qurultayı barədə məlumat yaymasınlar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений