Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstanda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb



Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə terrorçu Əhməd Çatayevlə əlaqədə şübhəli bilinən daha bir nəfəri saxlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, istintaqla müəyyən olunub ki, saxlanılan Gürcüstan vətəndaşı Anatoli Berdzenişvili  Ə.Çatayev və onun qruplaşma üzvlərinə kömək etmək məqsədilə Türkiyəyə səfər edib.

O, Zurab Qornakaşvili və Zurab İdoidze ilə birgə Əhməd Çatayev və onun tərəfdarlarına Gürcüstan-Türkiyə sərhədinin Kirnati-Maradidi yaşıl sərhəd zonasına hərəkət etməsinə kömək edib.  

Saxlanılan şəxslə bağlı terrorçuluq fəaliyyətinə dəstək vermək maddəsi üzrə istintaq aparılır. Şübhəli şəxsi 17 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, yanvarın 9-da Gürcüstanın Pankisi dərəsində keçirilmiş xüsusi əməliyyat zamanı terrorçuluq fəaliyyətində şübhəli bilinən Zurab İdoidze adlı şəxs saxlanılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений