Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstanda yeni baş prokuror



Şalva Tadumadze Gürcüstanın baş prokuroru seçilib.

APA-nın məlumatına görə, onun bu vəzifəyə namizədliyi Gürcüstanın Ədliyyə Nazirliyinin prokurorlar şurası tərəfindən dəstəklənib.

Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. Onu baş prokuror vəzifəsinə parlament təsdiq etməlidir.

Baş prokuror vəzifəsinə Şalva Şavqulidze və Nino Qoqniaşvili də namizəd olub. Ş. Şavqulidze prokurorlar şurasının gizli səsverməsindən öncə namizədliyini geri götürüb.

Qeyd edək ki, Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib. İstefaya səbəb ötən ilin dekabrında paytaxtda iki yeniyetmənin qətli ilə bağlı Tbilisi şəhər məhkəməsinin qəbul etdiyi qərarın yaratdığı böyük narazılıq olub.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений