Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstandan Rusiyaya ATƏT zərbəsi



ATƏT-in Parlament Assambleyası Rusiyaya qarşı daha bir qətnaməni təsdiq edib. 

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sofi Katsarava tərəfindən Rusiya əleyhinə başladılan “Avqust müharibəsindən 10 il sonra” adlı qətnamə böyük səs çoxluğu ilə qəbul edilib. Deputat bildirib ki, Rusiya tərəfi sənədin qəbul olunmamasına çalışsa da, Gürcüstan istədiyinə nail olub. Qətnaməni hazırlayan deputat sənədin qəbul olunmasında verdikləri dəstəyə görə, bütün tərəfdaşlarına minnətdarlıq edib: 

“Mən qətnamənin tərəfdaşlarına təşəkkür etmək istəyirəm. Bizə daim dəstək göstərən ABŞ, Kanada, Almaniya, Norveç, Fransa, İspaniya, Latviya, Litva və Rumıniya nümayəndə heyətlərinə bu cür mühüm sənədin qəbul olunmasına imkan yaratdıqları üçün Gürcüstan hökuməti adından minnətdarlığımı bildirirəm”. 

S. Katsarava bu qətnaməni rəsmi Tiflis üçün çox vacib sənəd adlandırıb. O, qeyd edib ki, bu sənəd Rusiyanın 2008-ci il avqust ayında Gürcüstana hücumunu kəskin pisləyir və həmin müharibəyə verilmiş hüquqi qiymətdir. 
 
Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений