Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstanı qarışdıran qətl: DİN qatilin tapıldığını deyir



Gürcüstanın Daxili İşlər Nazirliyi Tiflisin Xorava prospektində yeniyetmələrin öldürülməsi ilə bağlı şəkilləri ətraflı  təqdim edib.

  Cebhe.info xəbər verir ki, belə bir açıqlama ilə daxili işlər nazirinin müavini Natiya Mezvrişvili çıxış edib.  O, “Pirveli” teleşirkətinə verdiyi müsahibədə qətlə yetirilmiş məktəblilərdən birinin atası Zaza Saralidzenin istintaqa inanmamasından təəəsüfləndiyini  deyib.  Onun sözlərinə görə, Gürcüstan DİN  David Saralidzenin və Levan Dadunaşvilinin qatillərinin  həbs edilmiş iki nəfər olduğunu  əvvəldən bilirdi. Merzvrişvili qeyd edib ki, bu barədə Zaza Saralidzeyə də məlumat verib. 

“Daxili İşlər Naziriliyi  qatil barəsində iş  məhkəməyə göndərilən zaman da  Zaza  Saralidzeyə  məlumat verib.  Onların fərqli nəticəyə gəldiyi aydındır.  Bu baxımdan, yeni araşdırma çərçivəsində istintaq tədbirləri həyata keçiririk. Mən  birmənalı şəkildə  deyə bilərəm ki, cinayət  törətdiyinə görə  tam bir şəkil çəkmişik. Məhkəmədə bu şəkil dəyişdi. ”

Nazir müavini bildirib ki, istənilən nəticənin əldə edilməsi üçün prokurorluq Apellyasiya Məhkəməsinə müraciət etməli olacaq: “İndi  biz- prokurorluq, ittihamçı  tərəf   Apellyasiya Məhkəməsində əldə edilmiş nəticəyə nail olunması üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, birinci instansiya məhkəməsi prokurorluq tərəfindən təqdim edilən dəlilləri nəzərə almadı",-deyə xanım Mezvrişvili qeyd edib. 

Zaza Saralidze isə Facebook səhifəsində bu ifadəyə cavab verib. O, Daxili İşlər Nazirliyinin oğlunun yalnız bir nəfər tərəfindən qətlə yetirildiyi barədə bəyanatı ilə razılaşmadığını vurğulayıb. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений