Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb



Gürcüstanın valyuta ehtiyatları cari ildə təqribən 34 milyon dollar azalıb.

“Report”un Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub.

Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çox olub. Lakin, cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.

Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений