Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

GÜZƏŞT DİLEMMASI: Əsədə milyardlar xərcləyən Rusiya və kürd problemini birdəfəlik həll etmək istəyən Türkiyə 



Türkiyənin Suriya siyasəti ilə bağlı ortaq rəyə əsasən,  bu siyasət Əsəd rejiminin devrilməsinə hesablanıb. Müəyyən zaman çərçivəsində Türkiyə-Rusiya münasibətlərində yaranan gərginlik məhz Əsəd rejiminin hakimiyyətdə qalıb-qalmaması ilə bağlı idi.  Məlum təyyarə hadisəsindən sonra Türkiyə-Rusiya arasında münasibətlər gərginləşərək müharibə həddinə çatıb. Sonradan Türkiyənin atdığı addımlar münasibətlərin normallaşmasına səbəb oldu. Hazırda görünən odur ki, Rusiya və Türkiyə Suriya proseslərində müttəfiq kimi iştirak edirlər. Ancaq buna baxmayaraq, Türkiyə Əsədlə bağlı mövqeyini dəyişməyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışlarında israrla Əsəd rejiminin getməsini istəməsi bunu deməyə əsas verir.  Analitiklər hesab edir ki, Əsədin kürdlərləbağlı fikirləri Türkiyənin son qərar verməsində həlledici rol oynayacaq. 

Maraqlıdır, Əsəd kürdlərdən imtina etsə, Türkiyə Əsədə güzəştə gedə bilərmi?

AXCP sədrinin müavini, politiloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya şərhində  Türkiyənin Suriya münaqişəsi başlayandan bəri tutduğu siyasi kursun Bəşər Əsədin hakimiyyətdən getməsinə hesablandığını deyib:

“ 2011-ci ildən başlayaraq Türkiyənin siyasətində prinsipiallıq onun hazırda Əsədə qarşı loyal siyasətinin formalaşmasına mane olur. Türkiyə, Rusiya və İran üçlüyünün  Astana danışıqlarında koordinasiya fəaliyyəti Suriyada müəyyən dərəcədə Əsədin mövqeyini gücləndirdi. Rusiya, İran Əsədin hakimiyyətdə qalmasının lehinə, Türkiyə isə əlehinədir. Tehran və Moskva çalışır ki, Ərdoğanın Əsədə qarşı siyasəti yumşalsın və danışıqlar aparılsın.  Çünki üçlük formatının fəaliyyətində ciddi dönüş ola bilməz. Ərdoğanın kifayət qədər Əsəd rejiminə qarşı hərbi-siyasi fəaliyyəti bundan sonra Ərdoğanın mövqeyində müsbətə doğru irəlləməni bir qədər gecikdircək. Rusiya və İran hazırkı siyasətini davam etdirsə, ABŞ-ın Əsədə qarşı hərbi müdaxiləsi olmasa, Ankara ilə Dəməşq arasında təmaslar yarana bilər. Hazırda isə bu mümkün görünmür”. 

Politoloq qeyd edib ki, Rusiya Türkiyədən israrlı şəkildə Dəməşqlə siyasi təmasa başlamağıtələb edir:

“ Ərdoğan dilemma qarşısında qalıb. Şimali Suriyada qələbə əldə olunsa, Rusiya dəstək versə, Ankara Dəməşqlə münasibətləri yumuşaldacaq. ABŞ rəsmisi Suriya ordusuna qarşı hərbi əməliyyatlar apara biləcəyi barədə açıqlama verib. Suriyada Rusiyanın mövqeyi gücləndikcə, ABŞ bu şərtlərlə barışmır və istənilən an Əsəd ordusuna bu hücumu reallaşdıracağını qeyd edir. Suriyada Rusiya və İranın bu hücum qarşılığında hər hansı cavab reaksiyası verəcəyi mümkün görünmür. ABŞ-ın ardınca Fransada mümkün hücumları istisna etmir. ABŞ, Fransadan sonra Əsəd ordusuna hücuma İsrailində dəstək verəcəyi təbiidir. Belə bir hücumlar reallaşsa, Suriya münaqişəsi ikinci fazaya keçəcək. Daha dağıdıcı və siyasi konfliktin dərinləşəcəyinin, ABŞ -Rusiya arasında kəskin qarşıdurmanın şahidi ola bilərik. Çünki Rusiya Suriyada milyardlarla vəsaiti ona görə xərcləməyib ki, Əsədi bundan sonra qurban versin. Rusiya Suriyada stabilliyi təmin etdiyi bir vaxtda ABŞ-ın hücum açıqlaması təsadüfi deyil. Proseslər bu ssenerilə davam etsə, Astana formatı süqut edəcək. Türkiyə ABŞ yanında yer alacaq”.

Alçina Amilqızı
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений