Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hadı Rəcəbliyə “haydı” deyiləcək



Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin demək olar ki, bütün açıqlamaları ictimai müzakirəyə səbəb olur. Hər açıqlaması tənqidə tuş gələn Hadi Rəcəbli qeyri-adi fikirlərini davam etdirir. Dəfələrlə o, müxtəlif tipli açıqlamaları ilə gündəmi zəbt edib və daim də tənqid obyekti olub. Lakin deputat belə açıqlamalarından əl çəkmək fikrində deyil.

Maraqlıdır ki, adam danışa bilmədiyi halda  həm də susmur. “Unikal” təkliflərilə və çıxışları ilə ictimaiyyətin qəhrəmanına çevrilən Hadı Rəcəblinin cəmiyyətdə ciddi rezonans doğurmuş fikirlərinə  cavablar da birmənalı olmayıb. Onun söylədiyi hər fikrə görə ünvanına haqlı iradlar söylənilib. Artıq ictimaiyyətin nəzərində və yaddaşında Hadı Rəcəbli “danışa bilməyən” millət vəkili olaraq qalıb. Buna baxmayaraq o hər dəfə özünü haqlı hesab edir, fikirlərinin təhrif olunduğunu bildirir. Beləliklə də məsuliyyətdən yayına bilir. Görünür, deputat özünü inandırıb ki, deputat kreslosunda əbədi oturacaq. Amma budəfəki fikirlərindən sonra o  kürsü yəqin ki, ona çox baha başa gələcək. 

Beləliklə, Hadi Rəcəblinin növbəti “qəhrəmanlığı”. Azərbaycan Respublikasının Baş naziri postuna Prezidentin xarici siyasət məsələləri üzrə keçmiş köməkçisi Novruz Məmmədov təsdiq olunub. Bununla bağlı açıqlama verən Hadı Rəcəbli bu dəfə də rezonans doğuran fikirlərlə çıxış edib. Deputat birbaşa hakimiyyətin siyasi xəttinə, hakimiyyət komandasının monolitliyi fikrinə xələl gətirəcək ifadələr işlədib. Novruz Məmmədovu nümunəvi siyasi xadim kimi təqdim etmək istəyən Hadı Rəcəbli deyib ki, yeni baş nazir heç bir qruplaşmada iştirak etməyən təvazökar, sadə və ağıllı insandır. 

Deputatın sözündən belə çıxır ki, hakim komandanın daxilində  qruplaşmalar olub və indi də mövcuddur. Novruz Məmmədov isə ağıllı insan olduğu üçün bu qruplaşmalardan kənarda qalıb. Hökumətin siyasi kursuna uyğun olmayan bu ifadə  Hadı Rəcəblini şübhəsiz ki, dilinin bəlasına salacaq. Çünki budəfəki yanlışlığın bədəli çox ağır ola bilər ki, bunun da geriyə dönüşü yoxdur. 

Hər nədirsə, bu adamın artıq səhv danışmaq limiti sona çatıb.  Hadı Rəcəbli  anlayır ki, sonuncu açıqlamasına görə cəzası deputat kürsüsünə həmişəlik vida etmək olacaq. 

Alçina Amilqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений