Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hakerlər iki milyon istifadəçinin məlumatını ələ keçiriblər



“CCleaner” proqramı haker hücumuna məruz qalıb. Hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə biliblər.

Zərərverici kod “CCleaner 5.33.6162” (avqustun 15-də çıxarılıb) proqramının 32 bitlik versiyasında və “CCleaner Cloud 1.07.3191” (avqustun 24-də çıxarılıb) versiyasında aşkar edilib.

12 sentyabr tarixində proqramın bu versiyalarının səhv işləməsi məlum olub.

Hər iki versiya təhlükəsizlik yeniləməsindən öncə kompüterin adını, IP ünvanını, quraşdırılmış proqram və şəbəkə adapterlərinin siyahısını ABŞ-da fəaliyyət göstərən xüsusi serverə göndərib.

Bu serverin fəaliyyəti sentyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən dayandırılıb. Ehtimala görə, yoluxmuş versiyalar iki milyondan çox istifadəçi tərəfindən quraşdırılıb. (ICTnews)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений