Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hakimdən şikayət: İşdən çıxarılan işçi ilə bağlı qərar yubanır



Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Məhkəmə Hüquq Şurasına müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevdən şikayət edib. 

Cebhe.info-nun xəbərinə görə, bu barədə təşkilatın sədri Mirvari Qəhrəmanlı məlumat verib. O, bildirib ki, şikəyətə səbəb işdən çıxarılan SOCAR-AQŞ-nin işçisi Ruslan Səfərovun iddiası ilə bağlı məhkəmə süründürməçiliyidir. 

Belə ki, işdən çıxarılan Ruslan Səfərov müəssisəyə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi barədə İddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qətnaməni qismən təmin edib. İş üzrə məhkəmə icraatı Bakı Apellyasiya Məhkəməsinin hakimi Etibar Nəbiyevin icraatında olsa da, 17 aydır ki, yekun qərar qəbul olunmur.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений