Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Haşımovanın qızından etiraz: "Guya, başdan-ayağa plastik əməliyyatam"



Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva plastik əməliyyatlar etdirməsi ilə bağlı deyilənlərə münasibət bildirib.

axşam.az xəbər verir ki, Aynişan bu cür düşünənlərə 2010-cu ildə çəkdirdiyi fotosunu paylaşaraq etirazını bildirib:

"İnsan böyüdükcə cizgiləri yerinə oturur. Hərdən bəzi insanlar mənə yazırlar ki, guya mənim üzüm başdan-ayağa plastikdir. Amma ilk növbədə adamda məntiq olar, düşünər, bu qızın neçə yaşı var ki, buna ehtiyac duysun?

Misal üçün, üzüm arıqlayıb. Üz arıqladığı zaman digər cizgilər daha önə çıxır, daha həcmli görünür.

Qaşlarımın formasını dəyişmişəm və burnuma əməliyyatla bir az düzəliş etmişəm. Gördüyünüz kimi, əvvəldə qabaritli olmayıb. Saç rəngimi 1 ton açmışam.

Makiyajımı dəyişmişəm, baxışlar, mimika dəyişib.

Mən gözəlləşməyi bacaran insanları sevirəm. Amma hər şey qədərində olanda... Ehtiyac olmadığı halda, aşırı geldən, botoksdan və adını bilmədiyim digər prosedurlardan istifadə etməyi məsləhət görmürəm. Əsas insanın daxili gözəlliyidir, gözəl doğula bilərsən, amma əgər insan kimi yaxşı deyilsənsə, gözəlliyin uzunömürlü olmayacaq. Sadəcə, daxili gözəllik insanı gözəl saxlayır”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений