Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Havalar soyumadan kabus başladı: Qaz niyə öldürür?



Havaların soyuması ilə əlaqədar əhalinin "mavi yanacağ"a olan tələbatı artıb. Ötən il olduğu kimi, artıq dəm qazından zəhərlənmə faktları qeydə alınır. Müəyyən göstərişlərə əməl olunmaması, cihazların keyfiyyətsiz olması və sair bu kimi səbəblər dəm qazından zəhərlənməyə səbəb olub. 

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Cebhe.info-ya açıqlamasında bildirib ki, bir həftə ərzində dəm qazından zəhərlənmə ilə əlaqədar 3 müraciət daxil olub.

Dəm qazından zəhərlənməmək üçün nə etmək lazımdır?

“Azəriqazistehsalat” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi İbrahim Kərbəlayev Cebhe.info-ya açıqlamasında bu haqda danışıb: 

“Aparılan genişmiqyaslı maariflənmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, dəm qazından zəhərlənmə qeydə alınır. Araşdırmalar nəticəsində bəlli olub ki, vətəndaşların texniki təhlükəsizliyə əməl etməməsi səbəbindən dəm qazından zəhərlənmələr baş verib. Təbii qazla işlədilən su qızdırıcısı quraşdırılan vanna otağının həcmi bir sıra parametrlərə cavab vermir. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Vanna otağının həcmi 7.5 kubmetrdən artıq olmalıdır. Bu parametrlərə diqqət olunarsa, arzuolunmaz hal baş verməz. "Mavi yanacaq"la bağlı hansısa cihaz quraşdırılarkən mütləq mütəxəssisə müraciət edilməlidir. Sertifikatı olan qaz cihazları alınmalıdır”.

Azad İstehlakçılar Birliyinin Kommunal Məsələlər üzrə eksperti Nüsrət Qasımov da dəm qazından zəhərlənmənin qarşısını almaq üçün diqqət yetiriləcək vacib nüanslardan danışıb. Cebhe.info-ya açıqlama verən N.İbrahimov zəhərlənməyə səbəb olan amillərdən söz açıb:

“Jurnalistlər bu istiqamətdə qeyri-professional şəxslərdən açıqlama alır. Onlar isə deyir ki, qaz zəhərlidir. Qaz zəhərli deyil. Yazırlar ki, qazdan boğulurlar. Metan qazı binaya yığılır, oksigeni sıxışdırıb çıxarır. Oksigen çatışmazlığından boğulma olur. Dəm qazı metan qazının düzgün yanmamasından əmələ gələn maddədir. Bir kub metr qazın yanması üçün 9.5 kub metr hava lazımdır. Hava çatışmadıqda, yaxud da normadan artıq olduqda karbon 4 oksid əvəzinə karbon monooksid yaranır. Tüstü bacalarının diametri cihazın gücünə uyğun gəlmir. Yəni, qazişlədici cihazın tüstü ötürücüsünün diametri 100-150 milli metrədək olmalıdır. Bəzən diametrin ölçüsü daha kiçik olur ki, bu zaman dəm qazının bir hissəsi havaya ötürülsə də, digər bir hissəsi otaqda qalır. Dəm qazından zəhərlənmələr daha çox hamamda olur. Demək olar ki, 99 faiz dəm qazından zəhərlənmə hamamda olur. Bu da ona görədir ki, hamamlarda lazım olan deşiklər açılmır. Bu deşiklər açılmalıdır ki, yanma prosesi düzgün yerinə yetirilsin. Hamamda ventilyasiya olmalıdır ki, bir saatda üç dəfə hava dəyişmə gücündə olmalıdır. Hamamlarda nəfəslik olmalıdır. Hamamın qapısı çölə açılmalıdır. Bu amillər gözlənilmədikdə, əlbəttə, dəm qazından zəhərlənmə qeydə alınır. Tüstü bacası damdan 50 santimetr hündürdə olmalıdır. Müasir ustaların heç biri bunu bilmir. Onlar imtahan vermədikləri, lisenziya almadıqları üçün bütün bunlardan xəbərsizdirlər. Bu insanların ildə bir dəfə bilikləri yoxlanılmalıdır. Qazımız zəhərlidirsə, Avropa ölkələri niyə bizim qazdan istifadə edir? Onlar yox, yalnız biz zəhərlənirik. Çünki səhlənkarlıq edirik”.

Nigar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений